"Neftçi"ni 6-9 aya yaxşı komandaya çevirmək olar" MÜSAHİBƏ

23:05 - 25 Avqust 2017

“Maraqlı oyun oldu. Futbolçular bacardıqlarını ortaya qoydular”.

 

Sportal.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin məşqçisi Elşad Əhmədov deyib. “Ağ-qaralar” Azərbaycan Premyer Liqasının III turunda öz meydanında “Neftçi” ilə qolsuz heç-heçə edib və yeni mövsümdə ilk xalını qazanıb. Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən çalışdırıcı fikirlərini bildirib:

 

- Futbolçular qələbə qazanmaq üçün var güclərini ortaya qoydular. 3 gündü bir yerdə olduğumuz üçün futbolçulardan heç nə tələb edə bilməzdim.

 

- “Neftçi” uzun müddətdi özünə gələ bilmir. Komandada problem nədir?

- Uşaqlar 60 dəqiqə oynamaq gücündədirlər. Məncə, fiziki baxımdan problemlər var.

 

- Komanda acınacaqlı durumdadır. Əgər təklif gəlsə, burada qalmağa razılıq verəcəksiniz?

- Hər bir baş məşqçi vaxt istəyəcək. Heç bir komandanı 3 günə düzəltmək olmaz. “Neftçi”ni 6-9 aya yaxşı komandaya çevirmək olar.

 

- 6-9 ay dediniz. Artıq “Neftçi” üçün çempionatın başa çatdığını düşünmək olar?

- Yox, komandada potensial var. Düşünürəm ki, “Neftçi” 4-cü yeri tutmaq gücündədir. Amma bunun üçün çox çalışmaq lazımdır.

Xəbər xətti