Rusiyalı mütəxəssis: "Püşk "Qarabağ"ın üzünə gülmədi"

13:50 - 26 Avqust 2017

Rusiya futbolunun tanınmış simalarından olan, uzun illər Moskva “Spartak”ının hücumçusu olmuş Vladimir Besçastnıx Çempionlar Liqasının qrup mərhələsinin püşkü ilə bağlı fikirlərini bölüşüb.

 

Sportal.az xəbər verir ki, mütəxəssis ÇL-in ən bəxtsiz komandası kimi “Qarabağ”ı göstərib.

 

Besçatsnıx “Spartak”ın qrupda bütün rəqiblərini udmalı olduğunu dilə gətirib: “Püşk kimin üzünə gülmədi? Birmənalı şəkildə “Qarabağ”ın! “Çelsi”, “Atletiko” və “Roma” ilə matçlarda şansları yoxdu. “Spartak” isə rəqiblərini məğlub etməyə borcludu”.

Xəbər xətti