Azərbaycan Premyer Liqasının 4-cü turunda "Sumqayıt”la keçiriləcək oyunun hazırlığına dünən start verən "Neftçi” bugünün səhər məşqini başa vurub.
Sportal.az xəbər verir ki, komanda klubun bazasındakı meydançada məşq edib. Axşam məşqi İsmət Qayıbov adına təlim-məşq bazasının meydançasında olacaq. Hazırlıq prosesləri hələlik baş məşqçi əvəzi Elşad Əhmədovun rəhbərliyi altında keçir.
"Sumqayıt" - "Neftçi" oyunu sentyabrın 10-da baş tutacaq.
saytlarin hazirlanmasi