2016/2017 mövsümündə avrokuboklarda vurulan ən gözəl qolun müəllifi açıqlanıb.
Sportal.az xəbər verir ki, UEFA-nın rəsmi saytında keçirilən sorğunun nəticəsinə əsasən, "Yuventus"un futbolçusu Mario Mandzukiçin Çempionlar Liqasının finalında "Real"a vurduğu qol qalib olub. Xorvatiyalı hücumçu azarkeşlərin 26 faiz səsini toplayıb.
"Fənərbaxça"nın futbolçusu Mussa Sounun "Mançester Yunayted"ə vurduğu qol ikinci (25 faiz), "Real"ın oyunçusu Kazemironun "Napoli"yə vurduğu qol üçüncü (20 faiz) olub.
saytlarin hazirlanmasi