Böyük Britaniya səfirliyindən "Qarabağ" azarkeşlərinə müjdə

16:06 - 29 Avqust 2017

Böyük Britaniyanın Bakıdakı səfirliyi "Qarabağ” komandasının Çempionlar Liqasının qrup mərhələsinin I turunda "Çelsi” ilə səfər oyununu izləməkdən ötrü İngiltərəyə getmək istəyən azarkeşlərə viza vermək üçün əlavə günlər təyin edib.

 

Sportal.az xəbər verir ki, fanatlar bununla bağlı 29 - 31 avqustda Viza Ərizə Mərkəzinə müraciət edə bilərlər. Bu addım vizanı vaxtında əldə edə bilmək üçün atılıb. 

 

Qeyd edək ki, sentyabrın 12-də Londondakı "Stemford "Bric" stadionunda keçiriləcək "Çelsi” – "Qarabağ” oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. (Report)

Xəbər xətti