Bu gün DÇ-2018-in seçmə mərhələsində 8-ci turun oyunları keçiriləcək.
Sportal.az xəbər verir ki, C qrupunda mübarizə aparan milli komandamız da növbəti oyununa çıxacaq. Robert Prosineçkinin rəhbərlik etdiyi yığmamız Bakıda San Marinonu qəbul edəcək. Ardıcıl 4 oyundur məğlub olan komandamız bu gün qalib gəlməklə 5-ci yerdən 3-cü yerə yüksələ bilər. Bunun üçün qrupdakı rəqiblərimizdən Norveç Almaniya ilə oyunda xal itirməli, Çexiya isə Şimali İrlandiyaya uduzmalıdır.
4 sentyabr
DÇ-2018 seçmə mərhələsi, 8-ci tur, C qrupu
20:00 Azərbaycan – San Marino 5 - 1
Qollar: Əfran İsmayılov 20,57; Araz Abdullayev 25; Mişel Çevoli 71 (ö.q); Rəşad Sadıqov 81 // Mirko Palazzi 74
Baş hakim: Nikola Dabanoviç
Baş hakimin köməkçiləri: Milutin Dyukiç, Yoviça Tatar
Dördüncü hakim: Pavle Radovanoviç (Hakimlər Monteneqrodandır)
Hakim-inspektor: Kay Osterqaard (Danimarka)
Komissar: Olyas Abrayev (Qazaxıstan)
Bakı. 8-ci km stadionu
N Komanda O Q H M T/F X
1 Almaniya 7 7 0 0 29-2 21
2 Şimali İrlandiya 7 5 1 1 14-2 16
3 Çexiya 7 2 3 2 10-7 9
4 Norveç 7 2 1 4 8-10 7
5 Azərbaycan 7 2 1 4 3-11 7
6 San Marino 7 0 0 7 1-33 0
saytlarin hazirlanmasi