DÇ-2018-in seçmə oyununda Çexiya – Almaniya (1:2) matçında qonaq fanatların hərəkətlərindən sonra FİFA araşdırmaya başlayıb.
Sportal.az xəbər verir ki, almaniyalı azarkeşlər bu oyunda nasist şüarları səslənidirblər.
Ali futbol qrumundan verilən açıqlamada sentyabrın 1-də Praqada keçirilən qarşılaşmada təxminən, 200 alman azarkeşin nasist şüarları səsləndirdiyinə görə Almaniya Futbol Federasiyasına (AFF) qarşı intizam araşdırması başladıldığını bildirib. AFF prezidenti Reynard Qrindel isə bu azarkeşlərin biletləri federasiyalarından almadıqlarını, Avropanın müxtəlif yerlərindəki idarə olunmayan satış nöqtələrindən əldə etdiklərini bildirib.
Qeyd edək ki, adıçəkilən ölkələrin hər ikisi DÇ-2018-in seçmə oyunlarında C qrupunda millimizlə birlikdə yer alıb.
saytlarin hazirlanmasi