"Bavariya"nın futbolçusu Robert Levandovski komandanın transfer siyasətini tənqid edib.
Sportal.az xəbər verir ki, polşalı hücumçu Münhen təmsilçisinin Avropanın nəhəng komandalarının gerisində qaldığını bildirib. "Der Spiegel" nəşrinə açıqlama verən 29 yaşlı forvard yüksək səviyyəli futbolçulara ehtiyac olduğunu deyib:
"Bavariya"nın yüksək səviyyəli futbolçulara ehtiyacı var. Yüksək səviyyədə rəqabət aparaccqsızsa, keyfiyyətli futbolçular transfer etməlisiz. "Bavariya" bu gün bir oyunçu üçün 40 milyon avrodan artıq pul ödəmir. Ancaq bu rəqəm artıq Avropada orta səviyyəli futbolçular üçün ödənilir".
saytlarin hazirlanmasi