“Yuventus” Çempionlar Liqasının qrup mərhələsinin “Barselona”ya qarşı keçiriləcək ilk oyununa ciddi itkilərlə çıxacaq.
Sportal.az xəbər verir ki, bu haqda klubun baş məşqçisi Massimiliano Alleqri məlumat verib. O deyib ki, Sami Xedira və Klaudio Markizio zədə, Xuan Kuadrado isə cəza səbəbindən bu matçda iştirak etməyəcək.
Xatırladaq ki, “Barselona” – “Yuventus” görüşü sentyabrın 12-si, Bakı vaxtı ilə saat 22.45-də başlanacaq.
saytlarin hazirlanmasi