Almaniya Bundesliqasında mübarizə aparan “Volfsburq”un futbolçusu Mario Qomes sabiq klubu “Beşiktaş” haqqında danışıb.
Sportal.az xəbər verir ki, ölkəsinin mətbuatına müsahibə verən alman hücumçu karyerasının ən yaxşı dönəmini “qara qartallar”da keçirdiyini deyib:
“Əvvəlcə Türkiyə mənim üçün bir macəra idi. Daha sonra karyeramın ən yaxşı ili oldu. Sanki geriyə döndüm və milliyə yenidən çağırıldım. Mənim üçün qazanılmış bir dönəm idi. Türkiyə elə bir yerdir ki, ora haqqında bir fikrin olmasa da, o ölkədə qalmaq olar. Almaniyada Türkiyə haqqında çox şey deyilir. Mən oranın qonaqpərvər yer olduğunu hiss etdim. Bizə hər zaman kömək etdilər. Böyük bir Türkiyə aşiqi olduğumu deyə bilərəm”.
Xatırladaq ki, 32 yaşlı futbolçu 2015-2016 mövsümünü “Beşiktaş”da keçirib.