Almaniya Bundesliqasının 3-cü turunda “Herta” (Berlin) “Verder”i (Bremen) qəbul edib.
Sportal.az xəbər verir ki, matç 1:1 hesabı ilə başa çatıb. Bu qarşılaşmada Bundesliqada tarixi hadisə baş verib. Belə ki, qarşılaşmanı liqa tarixində ilk dəfə olaraq qadın hakim Bibiana Ştaynxaus idarə edib. O, görüş ərzində meydan sahiblərinin bir futbolçusunu sarı vərəqə ilə cəzalandırıb.
Oyunda qeydə alınan nəticədən sonra “Herta” 4 xalla 8-ci sıradadır. “Verder” isə 1 xalla 16-cı pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi