“Danışmaq çox çətindir. Bunun səbəbi də komandamın zəif oyunu ilə bağlıdır”.
Sportal.az xəbər verir ki, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Samir Abasov deyib.
“Kimyaçılar” Azərbaycan Premyer Liqasının IV turunda öz meydanında “Neftçi”ni 1:0 hesabı ilə məğlub edib.
Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən çalışdırıcı fikirlərini bildirib: “İlk hissədə yaxşı oynasaq da, ikinci hissədə öz oyunumuzu itirdik. Keçən il oyuna necə başlayırdıqsa, elə də davam edirdik. Amma indi vəziyyət belə deyil. Bu problemləri aradan qaldırmaq üçün bizə çox lazımdır”.
- Bu gün qələbə qazansanız da, hücumda “dişsizlik” var idi. Bunun səbəbi nədir?
- Tam razıyam. Şanslarımız olsa da, dəyərləndirə bilmirik. İnanıram ki, hansısa oyunda “partlayacağıq”. Bu gün oyuna çox sürətli başladıq, bəlkə də qol vurmaq üçün tələsdik. Məşqdə etdiklərimizi həyata keçirə bilsəydik, böyükhesablı qələbə qazana bilərdik.
- Rəşad Eyubovun etirazı nə ilə bağlı idi?
- Rəşad oynamaq istəsə də, mən ona imkan vermədim. Futbol emosiyalı oyundu, etirazlarla razılaşmalıyıq.
- Sumqayıtda oyunlara azarkeşlər çox gəlsələr də, oturmağa yer tapa bilmirlər. Bu məsələ ilə bağlı nə deyə bilərsiniz?
- Bu haqda düşünməmişəm. Mənə aid məsələ oldmadığı üçün cavab verməyə də çətinlik çəkirəm. (Futbol11.az)
saytlarin hazirlanmasi