Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda "Çelsi" təmsilçimiz "Qarabağ"a böyük hesabla qalib gəlib - 6:0.
Sportal.az xəbər verir ki, London klubunun sabiq futbolçusu və hazırda "BT Sport" kanalının eksperti olan Frenk Lempard oyunla bağlı danışıb. 39 yaşlı mütəxəssis "Çelsi"nin qələbəsi barədə fikirlərini bildirib:
"Hazırda "Çelsi"nin çox geniş heyəti var. Kontenin tək hədəfi Çempionlar Liqası və Premyer Liqa deyil. O, Liqa kubokuna və FA kubokuna da qarmaq ata bilər. Bu titulları əldə etmək üçün kifayət qədər yaxşı komanda var. Lakin "Qarabağ"a qalib gəlmək hər şey demək deyil. Meydanda sanki iki komandadan biri qılıncsız idi. Erkən qoldan rəqib qorxdu. "Qarabağ" müdafiə xəttində çox zəif idi. Həvəskarlar Liqasında (Sunday League) müdafiə xətti "Qarabağ"dan daha yaxşı olan komandalar tapa bilərsiniz".
Qeyd edək ki, Lempard 2001/14-cü illərdə "Çelsi"də çıxış edib.
saytlarin hazirlanmasi