Azarkeş Mbappeyə hücum etdi - UEFA araşdırmalara başladı

16:05 - 13 Sentyabr 2017

Çempionlar Liqasının qrup mərhələsinin birinci turunda baş tutan “Seltik” - PSJ görüşündə (0:5) xoşagəlməz olay yaşanıb.

 

Sportal.az xəbər verir ki, qarşılaşmanın gedişində “Seltik” azarkeşi meydana daxil olaraq PSJ-in hücumçusu Kilian Mbappenin üzərinə şığıyıb. Fanat 3-cü qol vurulduqdan sonra bu addımı atıb və gənc forvarda hücum çəkib.

 

Lakin azarkeş Mbappeyə xəsarət yetirə bilməyib. Fanat təhlükəsizlik işçiləri tərəfindən meydandan uzalaşdırılıb. UEFA məsələ ilə bağlı araşdırmalara başlayıb.

Xəbər xətti