Neymar: “Əsas olan PSJ-nin uğurudu”

21:33 - 13 Sentyabr 2017

Fransa 1-ci Liqasında mübaizə aparan PSJ-nin şərəfini qoruyan Neymar dünən “Seltik”ə qarşı keçirilən matçdan sonra maraqlı açıqlamalar verib.


Sportal.az xəbər verir ki, ulduz futbolçu “Qızıl top”u qazanmaq yerinə PSJ ilə kubok qaldırmaq istədiyini deyib:
“Əlbəttə, bir futbolçu kimi “Qızıl top"u qazanmaq istəyərəm. Lakin bunu fikirləşməyimə ehtiyac yoxdu. Bunun yerinə klubum üçün yaxşı olanı fikirləşirəm.


Möhtəşəm bir komandayıq və əgər belə davam etsək, qazanmaq üçün böyük şansımız olacaq. Qələbə ilə başladığımız üçün çox xoşbəxtəm”.


Komanda yoldaşları haqqında da danışan braziliyalı hücumçu bunları deyib: “Kavani və Mbappe möhtəşəm futbolçulardı. Bir-birimiz tanımağa başlayırıq. Kavani qeyri-adi bir hücumçudu. Kilian isə irəliyə getməyi sevir. Getdikcə bir-birimizi daha yaxşı tanıyacağıq.


Ağıllı futbolçularla birlikdə oynayanda hər şey daha asan olur. Hələ tam olaraq, bir-birimizi başa düşə bilmirik. Baxış və hərəkətlənmə cəhətdən bəzi anlaşılmazlıqlarımız var, lakin getdikcə daha yaxşı olacağıq”.


Xatırladaq ki, dünən Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Seltik” – PSJ matçı qonaqların 5:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Xəbər xətti