UEFA Rusiyanın “Spartak” (Moskva) klubuna qarşı istintaq başladıb.
Sportal.az xəbər verir ki, Avropanın ali futbol qurumu bu haqda yazılı açıqlama verib.
Bildirilir ki, dünən Çempionlar Liqasının ilk oyunları çərçivəsində keçirilən “Maribor” – “Spartak” (Moskva) matçında rus azarkeşlər məşəl yandırdığına və hakimə tərəf yanan maddələr atdığına görə, UEFA Rusiya təmsilçisinə qarşı istintaq başladıb.
İstintaqın nəticəsinin sentyabrın 21-də elan ediləcəyi qeyd edilir.
Xatırladaq ki, Sloveniyada keçirilən “Maribor” – “Spartak” matçı 1-1 hesabı ilə başa çatmışdı.
saytlarin hazirlanmasi