Bu gün “Maynts”a qarşı oyunda “Bavariya” forması ilə 100-cü liqa matçına çıxan və iki qol vuran Robert Levandovski Bundesliqa tarixinə keçib.
Sportal.az xəbər verir ki, polşalı hücumçu Bundesliqa tarixində bir klub forması ilə 100 oyunda ən çox qol vuran oyunçu olub.
“Bavariya” forması ilə liqadakı qollarının sayını 82-yə çatdıran oyunçu sözü gedən nominasiyada “Verder” (Bremen) forması ilə 109 oyuna 73 qol vuran Rudi Völleri geridə qoyub.
saytlarin hazirlanmasi