Sumqayıtda kabel oğurluğu ilə məşğul olan şəxslər tutulub.
Sportal.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 9-da və 15-də şəhər ərazisində telekommunikasiya qovşağına məxsus ümumilikdə 695 metr havarabitə kabelini kəsərək oğurlamaqda şübhəli bilinən şəhər sakinləri Nicat Muxtarov, Ümidvar Adıgözəlov, Aqşin Mehdiyev və əvvəllər məhkum olunmuş Nurlan Paşayev saxlanılıblar.
Aparılan tədbirlərlə onların kabeli İnşaatçılar qəsəbə sakinləri Zaur Eyyubovun və Zaur İlyasovun işlədikləri metal qəbulu məntəqəsinə satmaları müəyyənləşib. Hər iki şəxs tutulub.
Qeyd edək ki, Nicat Muxtarov “Sumqayıt” klubunun futbolçusudu.
saytlarin hazirlanmasi