Almaniya Bundesliqasında mübarizə aparan "Volfsburq"un yeni baş məşqçisi məlum olub.
Sportal.az xəbər verir ki, Bundesliqa klubuna Martin Şmidt rəhbərlik edəcək. "Maynts"dan ayrılan mütəxəssislə müqavilə bağlanıb. Bu barədə məlumatı klubun rəsmi saytı yayıb.
Qeyd edək ki, "Volfsburq" 4 turdan sonra 4 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.