"Bavariya"da Noyer şoku

19:27 - 18 Sentyabr 2017

"Bavariya"nın və Almaniya millisinin üzvü Manuel Noyer bir müddət yaşıl meydanlardan uzaq qalacaq.

 

Sportal.az xəbər verir ki, ötən mövsümün sonlarında sol ayağından zədələnən qolkiperin yenidən ayağının həmin yerində qırıq aşkarlanıb. Bu səbəbdən Noyer mövsümün ilk yarısında oynamayacaq. Təcrübəli əlcək sahibi əməliyyat olunacaq.

 

Almaniya millisinin kapitanı olan 31 yaşlı əlcək sahibi oktyabrın 8-də DÇ-2018-in seçmə mərhələsi çərçivəsində millimizlə keçiriləcək oyunda çıxış edə bilməyəcək.

 

Qeyd edək ki, Noyer bu mövsüm "Bavariya"nın heyətində 4 oyun keçirib.

Xəbər xətti