Oğurluğa görə saxlanılan "Sumqayıt"ın futbolçusu Nicat Muxtarov barəsində həbs qətimkan tədbiri seçilib.
Sportal.az saytı Lent.az-a istinadən əbər verir ki, Sumqayıt şəhər Məhkəməsində hakim Vladimir Ruvinovun sədrliyi ilə keçirilən prosesdə istintaq orqanın təqdimatına baxılıb.
Təqdimat təmin edilib və Sumqayıtda 695 metr hava rabitə kabelini oğurlamaqda təqsirləndirilən şəxslər - Nicat Muxtarov, Ümidvar Adıgözəlov, Aqşin Mehdiyev və Nurlan Paşayev barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
saytlarin hazirlanmasi