Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 7-ci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Tuğrul Eratın formasını geyindiyi “Duysburq” da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə “İnqolştadt”la qarşılaşıb. Matç 2:2 hesablı heç-heçə ilə başa çatıb.
Erat da bu qarşılaşmanın iştirakçısı olub. O, 71-ci dəqiqədən etibarən mübarizəyə qoşulub.
Qeyd edək ki, “Duysburq” geridə qalan turlarda topladığı 8 xalla 18 klub arasında 11-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi