Almaniya millisinin və "Bavariya"nın qapıçısı Manuel Noyer əməliyyat olunub.
Sportal.az xəbər verir ki, sol ayağında 2-ci dəfə qırıq aşkarlanan futbolçunun əməliyyatı uğurlu keçib. O, ilin sonuna qədər yaşıl meydanlardan uzaq qalacaq.
Noyer DÇ-2018-in seçmə mərhələsində oktabrın 8-i millimizlə görüşü də buraxacaq.
Qeyd edək ki, Noyer bu mövsüm "Bavariya"nın heyətində 4 oyun keçirib.
saytlarin hazirlanmasi