Uruqvay millisinin sabiq futbolçusu Dieqo Forlan PSJ-nin yeni transferi Neymarla Edinson Kavani arasında yaşanan münaqişəyə münasibət bildirib.
Sportal.az xəbər verir ki, Forlan Neymarı və Kavaninin əlindən topu alan Dani Alveşi sərt şəkildə tənqid edib:
"Edinson Kavani hörmətə layiqdir. PSJ-də uzun illərdi qol vurur və penaltiləri də yerinə yetirir. Neymar bu hərəkəti Lionel Messiyə qarşı edə bilməzdi. Neymar özünü uşaq kimi apardı. Bu, iki futbolçu arasında olan hadisədi. Dani Alveş də başını bu məsələyə soxmamalı idi. Alveşin Neymarın fahişəsi kimi topu ona verməsi məntiqə uyğun deyil".
Qeyd edək ki, 38 yaşlı Forlan "Mançester Yunayted", "Vilyarreal", "Atletiko" və "İnter" kimi klublarda çıxış edib.
saytlarin hazirlanmasi