"Şaxtyor"un kapitanına dopinq şoku

17:25 - 21 Sentyabr 2017

Şaxtyor”un Çempionlar Liqasında “Napoli” ilə oyundan sonra edilən dopinq testdən sonra ukraynalılar üçün problem yaranıb.

 

Sportal.az xəbər verir ki, donetslilərin təcrübəli müdafiəçisi Dario Srnanın test nəticələri müsbət çıxıb. Xorvaiyalı oyunçunu ikinci dəfə testdən keçiriləcək və buna görə də alacağı cəza bəlli olacaq. 

 

Qeyd edək ki, Srnanın kapitan kimi 90 dəqiqə meydanda olduğu oyunda “Şaxtyor” öz meydanında “Napoli”ni 2:1 hesabı ilə üstələmişdi.

Xəbər xətti