Adı böyük klublarla hallanan Pyer-Emerik Obameyanq yayda haqqında çıxan transfer xəbərləri haqqında danışıb.
Sportal.az xəbər verir ki, Dortmund “Borussiya”sının hücumçusu haqqında yazılanlarla bağlı bunları deyib. Çin klubundan aldığı təklif barədə “Çindən gələn təklifi ciddi qəbul etmədim, Peşəkarlıqda çox uzaq idilər” fikrini bildirib.
O yayın əvvəlində PSJ-ə keçmək variantının da olduğu etiraf edib: “Yayın əvvəlin PSJ prezidenti Nasserlə tanış oldum. Sonradan Antero Enrike bu klubun idman direktoru təyin edili. Əgər o olmasaydı, mənə transfer təklif edəcəkdlər”.
Sonda 28 yaşlı qabonlu forvard sabiq klubu “Milan” barədə danışıb: “Milan”dan təklif almışdım. Təklifə və proyektlərinə çox maraq göstərdim, amma bəzi səbəblərdən keçidim reallaşmadı. Hazırda Dortmundda xoşbəxtəm”.
Qeyd edək ki, Obemeyanq 2013-cü ildə “Sent-Etiyen”dən “Borussiya”ya transfer edilib.
saytlarin hazirlanmasi