“Qarabağ” – “Roma” oyunu ilə bağlı polis xəbərdarlıq etdi

18:25 - 25 Sentyabr 2017

Çempionlar Liqasının “Qarabağ” - “Roma” oyunu ilə əlaqədar Bakı Olimpiya Stadionu ətrafında təhlükəsizlik tədbirləri gücləndiriləcək.
 
Sportal.az xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsindən bildirilib ki, Dövlət Yol Polisi İdarəsi sürücülər və nəqliyyat vasitələri sahiblərinə xəbərdarlıq edib.
 
Xəbərdarlığa əsasən, sentyabrın 27-də keçiriləcək “Qarabağ”-“Roma” oyununu izləməyə xeyli sayda azarkeşin gələcəyi nəzərə alınaraq, stadion ərazisinə şəxsi avtomobillər buraxılmayacaq. Azarkeşlərin Bakı Olimpiya Stadionuna rahat çatmalarının alternativi olaraq metronun “20 Yanvar”, “Gənclik” və “Qara Qarayev” stansiyalarının yaxınlığından stadion istiqamətinə xüsusi avtobuslar pulsuz xidmət göstərəcək.
 
Buna görə də, stadion ətrafında süni sıxlığın, tıxacın, yol-nəqliyyat hadisələrinin baş verməməsi üçün azarkeşlərdən yarışın keçiriləcəyi Bakı Olimpiya Stadionuna ictimai nəqliyyatdan istifadə etməklə gəlmələri xahiş olunur (APA).

Xəbər xətti