"Qarabağ"la oyunda həmin nəticə təkrarlansa, biabırçılıq olacaq"

13:55 - 26 Sentyabr 2017

İtaliyalı məşqçi Arriqo Sakki Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda "Qarabağ"ın qonağı olacaq "Roma" barədə danışıb.

 

Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis "Roma"nın oyuna ciddi yanaşmalı olduğunu qeyd edib:

 

"Roma" "Qarabağ"la matça "Real"la oynayacaqmış kimi hazırlaşmalıdır. Əks təqdirdə, BATE ilə görüşdəki nəticə təkrarlansa, bu, biabırçılıq olar. Çempionlar Liqasında asan görüş olmur. İtalyanlar daim ləyaqətlə qalib gəlməyə çalışırlar”.

 

Xatırladaq ki, "Roma" Çempionlar Liqasında 2015/2016 mövsümündə Belarus BATE-sinə səfərdə 2:3 hesabı ilə uduzub, evdə isə qolsuz bərabərliklə kifayətlənib.

 

Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Roma" görüşü sabah saat 20:00-da başlanacaq.

 

Qeyd edək ki, 71 yaşlı Sakki "Parma", "Milan", "Atletiko" və İtaliya yığmasını çalışdırıb.

Xəbər xətti