"İnter"in məşqçisi cəzalandı - hakimləri təhqir etdiyi üçün

14:21 - 27 Sentyabr 2017

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

 

Sportal.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edilib

 

Topaz Premyer Liqasının 6-cı turunun “Qarabağ” – “Sumqayıt” matçının 88-ci dəqiqəsində “Qarabağ”ın futbolçusu Markos Madera ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

 

Topaz Premyer Liqasının 6-cı turunun “Zirə” – “İnter” matçında “Zirə”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

 

Oyunun 88-ci dəqiqəsində “İnter”in futbolçusu İlkin Qırtımov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

 

Oyun başa çatdıqdan sonra “İnter”in məşqiçisi Cəmaləddin Əliyev hakimlər briqadasını təhqir etdiyinə görə 5 oyun cəzalanıb, klub 4000 manat cərimə olunub.

 

Topaz Premyer Liqasının 6-cı turunun “Səbail” – “Kəpəz” matçında “Kəpəz”in 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

Xəbər xətti