Bu gün Çempionlar Liqasının qrup mərhələsində 2-ci turun oyunlarına yekun vurulub.
Sportal.az xəbər verir ki, H qrupunda qərarlaşan "Sportinq" və "Barselona" Lissabonda üz-üzə gəliblər. Qarşılaşmada qonaqlar 1:0 hesablı qələbə əldə ediblər. Meydan sahiblərinin müdafiəçisi Sebastian Koates 49-cu dəqiqədə qapıların yerini səhv salıb. Bununla da "Barselona" qrupda keçirdiyi hər iki görüşdə qalib gəlməyi bacarıb.
“Sportinq” (Portuqaliya) - “Barselona” (İspaniya) - 0:1
Qol: Koates, 49 (avtoqol)
saytlarin hazirlanmasi