Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunun ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.
Sportal.az xəbər verir ki, namizədlər arasında Neymar (PSJ), Romelu Lukaku ("Mançester Yunayted"), Qonzalo İquain ("Yuventus"), Andres İnyesta ("Barselona"), Kriştiano Ronaldo ("Real"), Harri Keyn ("Tottenhem"), Vinsent Abubakar ("Portu") və Kevin de Bruyne ("Mançester Siti") yer alıb.
Azarkeşlər qurumun saytında keçirilən səsvermədə iştirak edərək, bu həftənin ən yaxşı oyunçusunu müəyyənləşdirəcək.
saytlarin hazirlanmasi