Çempionlar Liqası qrup mərhələsinin 2-ci turu çərçivəsində keçirikən "Beşiktaş" - "Leypsiq" matçı haqqında intizam işi açılıb.
Sportal.az xəbər verir ki, UEFA meydan sahiblərinin 2:0 hesablı qələbəsiylə başa çatan qarşılaşmada işıqların sönməsinə və tribunalar arasındakı pilləkanların boş saxlanılmamasına görə "qara qartallar"a intizam işı açıb. 19 oktyabr tarixində məsələ ilə bağlı iclas keçiriləcək. Bu barədə məlumat qurumun rəsmi saytından yayılıb.
İşıqların söndüyü anda "Leypsiq" "Beşiktaş" qarşısında təzyiqi artırmış və hücumlarını intensivləşdirmişdi. Məhz bu səbəbdən Almaniya klubu bu duruma etiraz edir. Bundesliqa təmsilçisinin baş məşqçisi Hassenhütl olayla bağlı "Çempionlar Liqasında hələ də belə halların yaşanması təəcüblüdü. Normal bir durum deyil" deyə münasibət bildirib.
"Leypsiq"in futbolçusu Stefan İslanker isə "Işıqların sönməsi rəqibi qurtardı. Bu səviyyədə bir turnirdə ışığın sönməsi gülməlidi" deyə reaksiya verib.
saytlarin hazirlanmasi