"Neftçi"nin Mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyinat olub.
Sportal.az xəbər verir ki, oktyabrın 1-dən etibarən "Neftçi"nin mətbuat xidmətinə Anar Şabanoğlu rəhbərlik edəcək. O, bu vəzifədə Rüstəm Əfsərlini əvəz edəcək.
Qeyd edək ki, 18 ildir jurnalist kimi fəaliyyət göstərən Anar Şabanoğlu "Futbol+”, "İdman”, "525-ci qəzet”də, həmçinin "CBC Sport” telekanalında çalışıb.
saytlarin hazirlanmasi