Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusunun adı açıqlanıb.
Sportal.az xəbər verir ki, azarkeşlər arasında keçirilən səsverməyə əsasən, Madrid "Real"ın hücumçusu Kriştiano Ronaldo ən yaxşı oyunçu seçilib.
O, səslərin 35 faizini toplayıb. Neymar (PSJ) 2-ci, Harri Keyn ("Tottenhem") 3-cü olub.
Qeyd edək ki, Ronaldo Çempionlar Liqasının qrup mərhələsində "Borussiya" ilə oyunda (3:1) dubl edib.
saytlarin hazirlanmasi