"Sumqayıt" Topaz Premyer Liqasının 7-ci turunda səfərdə "Səbail"ə qalib gəlib.
Sportal.az xəbər verir ki, oyundan sonra qonaqların yarımmüdafiəçisi Vüqar Bəybalayev jurnalistlərə açıqlama verib. Gənc futbolçu oyun haqda belə danışıb:
"Artıq 4-cü pilləyə yüksəldik. İstəyimiz də elə bu idi. Arzuladığımız nəticəni qazana bildik. Qarşıdakı oyunlarda daha yaxşı nəticə əldə edəcəyik".
Bəybalayev "Sumqayıt"ın əsas hədəfinin avrokuboklara vəsiqə qazanmaq olduğunu vurğulayıb: "Avrokuboklara vəsiqə qazanmaq əsas hədəfimizdir. İnanıram ki, bunu bacaracağıq".
Oynun 2-ci hissəsində zədələnərək meydanı tərk edən oyunçu durumu haqda danışıb: "Dizimdə ağrım var. Həkim demişdi ki, ağrıların artsa, deyərsən, dəyişərik. Daha sonra ağrılar artdığı üçün əvəzlənmək məcburiyyətində qaldım".
saytlarin hazirlanmasi