Topaz Premyer Liqasının 7-ci turu çərçivəsində keçirilmiş “Səbail”lə oyunda hesabı açan "Sumqayıt"ın futbolçusu Azər Salahlı matçla bağlı fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, o, klub saytına açıqlamasında bunları söyləyib:
“Səbail”lə oyunda qələbə qazanmağı çox istəyirdik. Qarşılaşmanın ağır keçəcəyini bütün komanda olaraq başa düşürdük. Amma şükürlər olsun ki, 3 xalı qazanan tərəf biz olduq. Bütün komanda yoldaşlarıma göstərdikləri əzmkar oyuna görə təşəkkür edirəm. Komanda oyununda qolun kim tərəfindən vurulmasının bir o qədər də önəmi yoxdu. Əsas o idi ki, qələbə qazanaq. Qol epizodunda isə bəxtim gətirdi ki, top qarşıma düşdü, vəziyyətdən yararlanıb, hesabı açdım. Millinin oyunları ilə əlaqədar olaraq yaranacaq fasilədən də maksimal şəkildə yararlanmağa çalışacağıq. Səhvlərimiz üzərində çalışıb, növbəti oyuna hazırlaşacağıq”.
"Qeyd edək ki, 2016-cı ildən "Sumqayıt"ın şərəfini qoruyan Azər Salahlı ümumilikdə 34 qarşılaşmada 2782 dəqiqə meydanda olub. Salahlı meydana çıxdığı oyunlarda 2 qol vurmağı da bacarıb.
saytlarin hazirlanmasi