Qol sevinci azarkeşlərin xəsarət almasına səbəb oldu

12:19 - 1 Oktyabr 2017

Fransa çempionatının 8-ci turunda keçirilən “Amyen” – “Lill” oyununda faciənin bir addımlığından dönülüb.

 

Sportal.az xəbər verir ki, matçın 15-ci dəqiqəsində hesabı açan qonaq komandanın oyunçusu Fode Ballo-Turenin qoluna sevinmək azakeşlərə baha başa gəlib.

 

Belə ki, “Lill” fanatlarının yer aldığı tribunada bariyerlərdən biri çöküb. Nəticədə 4-ü ağır olmaqla ümumilikdə 26 nəfər yaralanıb. 

 

Məhz bu səbəbdən oyun yarımçıq dayandırılıb.

Xəbər xətti