"Bavariya"da Riberi şoku

11:58 - 2 Oktyabr 2017

"Bavariya"nın heyətində ciddi itki baş verib.

 

Sportal.az xəbər verir ki, Münhen təmsilçisinin təcrübəli futbolçusu Frank Riberi sıradan çıxıb.

 

Bundesliqanın 7-ci turunda "Herta" ilə matçın (2:2) 62-ci dəqiqəsində zədələnən fransız yarımmüdafiəçinin durumu ciddidi. 34 yaşlı futbolçunun 2-3 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilir.

Xəbər xətti