"İlk qələbəmizi qazandığımıza görə çox şadam. Son həftələr öz üzərimizdə çox çalışmışıq”.
Sportal.az xəbər verir ki, bu sözləri "Neftçi”nin futbolçusu Derlis Meza Kolli Topaz Premyer Liqasının 7-ci turunda "İnter” üzərində 2:0 hesablı qələbəni şərh edərkən deyib.
Matçda "Neftçi”nin ilk qoluna imza atan 29 yaşlı paraqvaylı yarımmüdafiəçi "Neftçi TV”yə açıqlamasında bildirib ki, yeni baş məşqçi Tərlan Əhmədov komandaya özünəinamı qaytarıb: "Yeni baş məşqçi bizdə özünəinamı qaytarıb. Bunun da komanda şəklində qalib gəlməyimizə köməyi dəydi. Əlbəttə, qələbəmizdə azarkeşlərin də böyük payı var. Komanda bir ailə olanda qələbə də olur”.
saytlarin hazirlanmasi