"Neftçi"dən açıqlama: Səlahət Ağayev əməliyyat olunmayacaq

19:19 - 3 Oktyabr 2017

"Neftçi”nin "Zirə” ilə oyun öncəsi məşqdə zədələnən qapıçısı Səlahət Ağayevin əməliyyatına ehtiyac duyulmayıb.

 

Sportal.az xəbər verir ki,  bu barədə klubun saytı məlumat yayıb.

 

Məlumatda bildirilir: “Sağ budun gətirici əzələsinin vətərinin hissəvi yırtığı” diaqnozu ilə əməliyyat olunacağı haqda məlumat verilmişdi. Təcrübəli futbolçu "Acıbadəm Fulya" xəstəxanasında əməliyyat olunmaq üçün sentyabrın 19-da Türkiyənin İstanbul şəhərinə yola düşmüşdü. Lakin orada müayinə olunandan sonra bu sahədə Türkiyənin tanınmış mütəxəssisi Berkin Tokerin rəhbərlik etdiyi həkimlərin birgə rəyinə görə əməliyyata ehtiyac görülməyib. Səlahət Ağayevin həkimlərin nəzarəti altında daha əlverişli şəraitdə bərpa xarakterli fiziki məşqlər keçməsi üçün "Acıbadəm Fulya" xəstəxanasında qalması məqsədəuyğun sayılıb.

 

"Neftçi”nin rəhbərliyi bir neçə gündən sonra İstanbula yollanaraq Səlahət Ağayevə baş çəkməyi planlaşdırır. Həkimlərin qərarına görə oktyabrın 10-dək Bakıya qayıdıb bərpa prosesini burada davam etdirəcək futbolçunun noyabrda komanda ilə məşqlərə başlayacağı gözlənilir”.

Xəbər xətti