Əmrə Candan "Yuventus" açıqlaması

16:31 - 9 Oktyabr 2017

"Liverpul"un almaniyalı yarımmüdafiəçisi Əmrə Can açıqlama verib.

 

Sportal.az xəbər verir ki, ulduz futbolçu adının İtaliyanın "Yuventus" klubu ilə hallanmasına münasibət bildirib. 23 yaşlı futbolçu açıqlamasında bunları söyləyib:

 

"Yuventus" kimi komandanın hədəfində olmaq qürurvericidir. Ancaq əsas hədəfim "Liverpul"da qalmaqdır. Mövsümün sonuna kimi bu komandaya fikrimi cəmləmişəm".

 

Qeyd edək ki, Əmrə Can ötən gün DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Almaniya - Azərbaycan matçında (5:1) komandasının son qolunu vurmuşdu.

 

Əmrə 2014-cü ildən "Liverpul"da çıxış edir və mövsümün sonunda müqaviləsi başa çatacaq.

Xəbər xətti