UEFA Azərbaycan klubları üçün növbəti ödəniş edib.
Sportal.az xəbər verir ki, qitə futbol qurumunun 19 iyul 2016-cı il tarixli 39 nömrəli məktubuna və həmin məktubun 3.1.3-cü bəndinə əsasən, kommersiya fəaliyyətindən irəli gələn əlavə gəlirlərin seçmə mərhələlərdə iştirak edən klublara bölüşdürülməsi nəzərdə tutulub.
Ayrılmış həmin maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə müvafiq qaydada klubların hesabına köçürülüb. Belə ki, “Qarabağ”a 75450, “Neftçi”yə 33220, “Qəbələ”yə 50960 avro ödənilib.
“Kəpəz” üçün isə 33220 avro nəzərdə tutulub ki, bu da klubun aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda hesabına köçürüləcək.
saytlarin hazirlanmasi