"Neftçi"nin legioneri: "Qələbə yubileyim üçün ən yaxşı hədiyyə olar" VİDEO

17:28 - 14 Oktyabr 2017

“Səbail”lə I dövrədəki nəticə bizə böyük zərbə idi. Oyunun sonunda qapımızda qol gördük və məğlub olduq. Halbuki qalib gələcəyimizi gözləyirdik”. 

 

Sportal.az xəbər verir ki, bu sözləri “Neftçi”nin çilili futbolçusu İqnasio Errera deyib.

 

Dünən “Neftçi” ilə müqaviləsini mövsümün sonuna kimi uzadan yarımmüdafiəçinin 30 yaşı tamam olur. Komandasının aparıcı futbolçularından olan Errera “Neftçi TV”yə həm yubileyi, həm də "Səbail”lə sabah keçirəcəkləri oyun haqda fikirlərini bildirib: “Sabahkı oyuna revanş kimi baxırıq və çox yaxşı hazırlaşmışıq. Çalışacağıq ki, “İnter” üzərində qələbənin davamını gətirək. 3 xala çox ehtiyacımız var. Əlimizdən gələni edəcəyik ki, qalib gələk. “Neftçi”nin 80 illik yubileyi ilə mənim 30 illiyimin üst-üstə düşməsi çox xoş təsadüfdü. Həyatımdakı bu əlamətdar günü köklü klubda qeyd etmək mənim üçün böyük qürürdu. “Səbail” üzərində qələbə yubileyim üçün ən yaxşı hədiyyə olar”.

 

Xəbər xətti