"Beşiktaş"ın oyununu serb hakimlər idarə edəcək

15:17 - 16 Oktyabr 2017

Çempionlaq Liqasında qrup mərhələsinin 3-cü turunun matçlarına hakim təyinatları açıqlanıb.

 

Sportal.az xəbər verir ki, G qrupunda mübarizə aparan İstanbulun "Beşiktaş" klubu səfərdə "Monako"nun qonağı olacaq. Bu qarşılaşmanı Serbiya Futbol Federasiyasından olan hakimlər idarə edəcək.

 

Görüşün baş hakimi Milorad Maziç olacaq. Ona həryerliləri Milovan Rıstiç və Dalibor Jurdjeviç kömək edəcək. 4-cü hakim funksiyasını isə  Nemanya Petroviç yerinə yetirəcək.

 

Qeyd edək ki, "Monako" - "Beşiktaş" oyunu sabah Bakı vaxtı ilə saat 22:45-də baş tutacaq.

Xəbər xətti