Səlahət Ağayev “Neftçi”nin düşərgəsinə qayıtdı

17:34 - 17 Oktyabr 2017

"Neftçi”nin qapıçısı Səlahət Ağayev Türkiyənin İstanbul şəhərindəki "Acıbadəm Fulya” xəstəxanasında müalicə-bərpa prosesini başa vuraraq Bakıya qayıdıb.

 

Sportal.az xəbər verir ki, “ağ-qaralar”ın düşərgəsinə qoşulan təcrübəli futbolçu bu gün fərdi məşqlərə başlayıb. Məlumatı klubun saytı yayıb.

 

Sentyabrın 15-də "Zirə”ylə oyunöncəsi məşqdə zədələnmiş Səlahət Ağayevin iki həftə sonra komandayla birgə məşqlərə başlayacağı gözlənilir.

Xəbər xətti