Madrid "Atletikos" Çempionlar Liqasının qrup mərhələsinin III turu çərçivəsində "Qarabağ"la sabahkı oyun ciddi itkiylə üzləşib.
Sportal.az xəbər verir ki, komandanın əsas qol ümidi olan fransalı bombardiri Antuan Qrizmann Bakı Olimpiya Stadionunda (BOS) keçirilən matçöncəsi məşqə çıxmayıb.
Buna səbəb Qrizmanın başında ağrılar hiss etməsidi. O, bu səbəbdən madridlilərin məskunlaşdığı oteldə qalıb. Qrizmannın sabahkı oyunda iştirakı sual altındadı.
Qeyd edək ki,“Qarabağ” – “Atletiko” matçı sabah saat 20:00-da start götürəcək.
saytlarin hazirlanmasi