"Benfika"nın qapıçısı Kasilyasın rekordunu yenilədi

14:51 - 19 Oktyabr 2017

Çempionlar Liqasının qrup mərhələsində keçirilən “Benfika” – “Mançester Yunayted” matçında yeni rekord qeydə alınıb.

 

Sportal.az xəbər verir ki, lissabonluların qapıçısı Mayl Silvar turnirdə meydana çıxan ən gənc qapıçı kimi tarixə düşüb.

 

O, 18 yaş 52 günlüyündə meydana çıxmaqla bu göstəriciyə imza atıb. O, 1999-cu ildə 18 yaş 117 günlüyündə meydana çıxan dövrün “Real”lı əlcək sahibi İker Kasilyasın rekordunu yeniləyib.

 

Qeyd edək ki, “Benfika” – “Mançester Yunayted” görüşü 1:0 hesabı ilə qonaqların qələbəsiylə yekunlaşıb.

Xəbər xətti