ESPN idman kanalının rəsmi saytı Çempionlar Liqasında III turun rəmzi komandasını müəyyənləşdirib.
Sportal.az xəbər verir ki, heyətdə “Qarabağ”ın müdafiəçisi Rəşad Sadıqov da yer alıb. “Atletiko” ilə heç-heçə (0:0) başa açtan matçda müdafiədə etibarlı oyunu ilə seçilən kapitanla bağlı bunlar qeyd edilib:
“Azərbaycan klubu Çempionlar Liqasının qrupunda ilk xalını “Atletiko” ilə ev matçında qazandı. Qonaq komandanın bir neçə imkanı oldu, ancaq “Qarabağ” müdafiəçiləri rəqiblə başabaş mübarizə apardılar. Komanda müdafiədəki bu cür oyunu kapitan Rəşad Sadıqovun performansına borclu idi. Milli komandada 111 oyunda forma geyinən Sadıqov qrupda xal qazanacaqlarına inanmırdı, amma komanda oyunu şəklində bunu bacardılar. Sadıqov bunu haqq edir”.
Həftənin rəmzi “11-liy”ində bu futbolçular yer alıb:
Lloris – Aleksander-Arnold, Stounz, Sadıqov, Kolarov – Vinks, Luis, Pyaniç – Messi, Promes, Ceko
saytlarin hazirlanmasi