Premyer Liqanın 9-cu turu çərçivəsində “Zirə” ilə qarşılaşacaq olan “Sumqayıt” Futbol Klubu hazırlıqlarını davam etdirir.
Sportal.az xəbər verir ki, Samir Abasovun komandası bu gün “Kapital Bank Arena”da növbəti məşqinə çıxıb. “Qəbələ” ilə qarşılaşmada zədələnən Vüqar Bəybalayev artıq hazırlıq prosesinə qatılıb.
Bundan başqa, əvəzedici heyətin 3 üzvü də komanda ilə birlikdə çalışıb. Məşqin əvvəlində toplu çalışmalara üstünlük verən “Sumqayıt” FK hazırlığı iki tərəfli oyunla yekunlaşdırıb.
Qeyd edək ki, “Sumqayıt” - “Zirə” qarşılaşması 21 oktyabr, saat 17:00-da keçiriləcək.
saytlarin hazirlanmasi