UEFA "Qarabağ"ın rəqibini cəzalandıra bilər

14:58 - 20 Oktyabr 2017

UEFA “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqiblərindən “Roma” ilə bağlı araşdırmaya başlayıb.

 

Sportal.az xəbər verir ki, bu barədə məlumatı qitənin ali futbol qurumunun saytı yayıb.

 

Araşdırmaya səbəb, ÇL-in qrup mərhələsi çərçivəsində keçirilmiş “Çelsi” - “Roma” oyununda “canavarlar”ın fanatlarının "Çelsi"nin müdafiəçisi Antonio Rüdigerin əleyhinə irqçi şüarlar səsləndirməsi və meymun təqlidi etmələri olub.

 

Xatırladaq ki, Londondakı “Stemford Bric” stadionunda keçirilmiş oyun 3:3 hesablı bərabərliklə nəticələnib.

Xəbər xətti